Qaynar xətt:

(+99450) 247 90 86

Rumıniyada Rusiya ilə əlaqədə olan 6 nəfər həbs edilib

DÜNYA

231

06.03.2025, 15:21

Rumıniyada 6 nəfər Rusiyanın köməyi ilə hökuməti devirməyə cəhddə ittiham olunaraq həbs edilib.

“Azadlıq” radiosunun Rumıniya xidməti xəbər verir ki, müstəntiqlərin fikrincə, onlar siyasi sabitliyi pozmaqla və ölkənin müdafiə qabiliyyətini zəiflətməklə Rumıniyanın suverenliyini və müstəqilliyini pozmağa cəhd ediblər.

Müstəntiqlər müəyyən ediblər ki, təqsirləndirilənlərdən beşi hələ 2023-cü ildə cinayətkar qrup yaradıb. 2024-cü ildə altıncı üzv onlara qoşuldu. “Azadlıq” radiosunun Rumıniya xidmət mənbələri qrupun “Vlad Tepes Komandanlığının Baş Qərargahı” adlandırıldığını bildirib. Onun liderinin təqsirləndirilən 6 nəfərdən biri olan 101 yaşlı general Radu Teodoru olduğu bildirilir.

Müəyyən edilib ki, cinayətkar qruplaşma üzvləri “həm Rumıniyada, həm də Rusiya Federasiyasında yerləşən xarici dövlətin agentləri ilə dəfələrlə əlaqə saxlayıblar”.

Prokurorların sözlərinə görə, yanvar ayında iki müttəhim Moskvaya gedib və orada Rumıniyada hakimiyyəti ələ keçirmək cəhdlərinə dəstək vermək istəyən insanlarla görüşüblər.

İstintaq çərçivəsində Rumıniyanın müxtəlif bölgələrində səkkiz axtarış aparılıb. Martın 6-da Buxarest Apellyasiya Məhkəməsinin dörd müttəhimin həbsi, digər ikisinin isə ev dustaqlığı ilə bağlı qərar çıxaracağı gözlənilir.

Bundan əvvəl Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin hərbi attaşesini və onun köməkçisini personae non qratae elan edib və onlara ölkəni dərhal tərk etməyi əmr edib. Hərbi attaşe vəzifəsini Viktor Makovski, köməkçisi isə Yevgeni İqnatyev tuturdu.

Nigar